Bakıda 17 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatının qalibi müəyyənləşib.
Unikal.org-un məlumatına görə, finalda Portuqaliya və İspaniya milliləri üz-üzə gəlib.
"Bakcell Arena"da keçirilən qarşılaşmanın əsas hissəsi 1:1 hesabı ilə başa çatıb. Qalibi müəyyən etmək üçün 11 metrlik cərimə zərbələri təyin olunub.
Penalti seriyasında Portuqaliya daha dəqiq oynayıb (5:4) və Avropa çempionu adını qazanıb.