Türkiyənin "Qalatasaray" klubu Rusiya milli komandasının və "Zenit"in futbolçusu Artyom Dzyubanı heyətinə qatmaq istəyir.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, klub 30 yaşlı hücumçunun agentini danışıqlar aparmaq üçün İstanbula dəvət edib.
Qeyd edək ki, Artyom Dzyuba 2015-ci ildən "Zenit"də çıxış edir. O, Rusiyada keçirilən dünya çempionatında 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.