Türkiyənin İsparta bölgəsində həvəskarlar liqasında çıxış edən "Gülspor klubu xərclərini qarşılamaq üçün qeyri-adi addım atıb.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, klub yetişdirdiyi 18 futbolçusunu 15 min lirəyə sataraq həmin pula 10 baş keçi alıb. İlk ildə keçilərin südünün satışından 4-5 min lirə qazanc və 20 bala gözlənilir. 6 ildən sonra keçilərin sayının 140-a çatacağı proqnozlaşdırılır. Əldə olunacaq vəsaitin klubun inkişafına töfhə verəcəyi bildirilir.
Qeyd edək ki, 1954-cü ildə təsis edilən "Gülspor İspartanın ən köklü klublarından hesab olunur. Hazırda klubun müxəlif yaş qruplarında, ümumilikdə, 150 futbolçu yer alıb.