Futbol üzrə Avropa Liqasının pley-off mərhələsinin bütün cütlükləri bəlli olub.

Unikal.org xəbər verir ki, UEFA Çempionlar Liqasında çıxışını başa vuran Azərbaycan çempionu "Qarabağ" da mübarizəni Avroliqada davam etdirəcək.

Ağdam klubu bu turnirin qrup mərhələsinə vəsiqə uğrunda Moldova "Şerifi ilə mübarizə aparacaq. Püşkə görə ilk matçda təmsilçimiz səfərdə çıxış edəcək.

Avropa Liqasında pley-off mərhələsinin oyunları avqustun 23-də və 30-da keçiriləcək.

Avropa Liqası, Pley-off mərhələsi

Çempionlar Yolu

Olimpiya (Sloveniya) - Spartak (Trnava, Slovakiya)
APOEL (Kipr) - Astana (Qazaxıstan)
Rusenborq (Norveç) - Şkendiya (Makedoniya)
Düdelanj (Lüksemburq) - ÇFR Kluj (Rumıniya)
Suduva (Litva) - Seltik (Şotlandiya)
Şerif (Moldova) - Qarabağ (Azərbaycan)
Malmö (İsveç) - Midtyulland (Danimarka)
Torpedo (Kutaisi, Gürcüstan) - Ludoqorets (Bolqarıstan)

Əsas yol

Siqma (Çexiya) - Sevilya (İspaniya)
Sarpsborq (Norveç) - Makkabi (Təl-Əviv, İsrail)
Gent (Belçika) - Bordo (Fransa)
Partizan (Serbiya) - Beşiktaş (Türkiyə)
Rapid (Avstriya) - Styaua (Rumıniya)
Apollon (Kipr) - Bazel (İsveçrə)
Reyncers (Şotlandiya) - Ufa (Rusiya)
Atalanta (İtaliya) - Kopenhagen (Danimarka)
Zenit (Rusiya) - Molde (Norveç)
Trençin (Slovakiya) - AEK (Larnaka, Kipr)
Genk (Belarus) - Brondbü (Danimarka)
Olimpiakos (Yunanıstan) - Bernli (İngiltərə)
Zarya (Ukrayna) - Leyptsiq (Almaniya)