"Facebook sosial şəbəkəsi Latın Amerikasında Çempionlar Liqasının oyunlarının yayım hüququnu alıb.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çempionlar Liqası, UEFA superkuboku və UEFA bayrağı altında keçirilən başqa oyunlardan 32-si il ərzində "facebook tərəfindən canlı yayımlanacaq. Müqavilə qarşıdakı 3 il üçün nəzərdə tutulub.
UEFA rəsmisi Qay-Laurent Epstein yeniliklə bağlı bunları deyib:
"Facebooku UEFA-nın media ortaqları arasına dəvət etdiyimiz üçün çox xoşbəxtik. Dünyanın ən böyük sosial şəbəkəsi olan "facebook dünyanın ən nüfuzlu klub yarışlarının geniş şəkildə və təmənnasız yayımını həyata keçirəcək.
Oyunlar UEFA Çempionlar Liqasının "facebook səhifəsindən yayımlanacaq.