Daha bir federasiya maaş problemi ilə üzləşib.
Unikal.org-un əldə etdiyi məlumata görə, Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun rəhbəri olduğu Şahmat Federasiyasında bir neçə aydır ki, maaşlar ödənilmir. Şahmatçılara yaxın zamanda problemin həll olunacağı deyilsə də, hələ də bir xəbər yoxdur.
Məsələ ilə bağlı Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədovla əlaqə saxladıq.
Federasiya rəsmisi Unikal.org-a danışarkən hazırda məzuniyyətdə olduğunu bildirsə də, bu gecikmənin kriminal hadisə olmadığını deyib:
"Mənim xəbərim yoxdur gecikmə olub, ya yox-¦ Gecikmə ola bilər burada qeyri-adi nə var ki? Burada kriminal hadisə baş verməyib ki?!
Aygün İlqarqızı