"Arsenal yeni müqavilə imzalamaq istədiyi futbolçusu ilə məvacib məsələsində razılaşa bilmir.
Unikal.org İngiltərə mətbuatına istinadən xəbər verir ki, "topçular müqaviləsi 2019-cu ildə bitəcək Aron Remsiylə yeni müqavilə imzalamaq istəyir. "Arsenalın heyətində həftəyə 120 min avro qazanan uelsli futbolçu isə yeni müqaviləylə hazırkı maaşından 3 dəfə çox - Məsut Özilin aldığı qədər məvacib tələb edib. Klubun isə futbolçunun bu tələbinə müsbət yanaşmadığı, lazım olarsa, onunla yolların ayrılacağı bildirilir.
2008-ci ildən "topçuların şərəfini qoruyan 27 yaşlı yarımmüdafiəçi, 331 oyunda 58 qol, 57 məhsuldar ötürmə ilə yadda qalıb.