Nyu-York məhkəməsi Braziliya Futbol Konfederasiyasının sabiq prezidenti Xose Mariya Marin barədə hökm çıxarıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Marin 4 il müddətinə azadlıqdan məhrum edilib. O, 1,2 milyon dollar məbləğində cərimə də ödəməli olacaq.
Marin FİFA-da başlanan korrupsiya əməliyyatından sonra həbs edilmişldi. Məlumata görə, 86 yaşlı sabiq funksioner hökm oxunarkən ağlayıb.
Prokuror ona 10 il həbs cəzası tələb etsə də, məhkəmə bununla razılaşmayıb. Marin artıq 13 aydır ki, həbsdədir. Qanunlara görə, 28 aydan sonra vəkilləri onun azadlığa buraxılması ilə bağlı məsələ qaldıra bilərlər.