UEFA-nın sabiq prezidenti Mişel Platini "Realdan "Yuventus"a transfer olunan Kriştiano Ronaldo və video-köməkçi hakim (VAR) sistemi haqda açıqlama verib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, keçmiş prezident Ronaldonun Turin klubuna keçidini başa düşmədiyini bildirib. Platini açıqlamasında bunları deyib:

"Ronaldonun "Yuventus"a transferini başa düşmədim. "Real" kimi bir klubda üç il ardıcıl Çempionlar Liqası kubokunu qazanan 33 yaşlı bir futbolçunun yeni macəra axtarması bir az qəribədir. Mən 32 yaşımda yorulub, futboldan getmişdim. Ronaldonun qərarını başa düşmədim.

VAR sistemi futbola ədalət gətirmir, rəsmən futbolu öldürür. Daha nələr olacaq, kim bilir. Bəlkə də kapitanlar və baş məşqçilər oyun zamanı qulaqcıqla danışar. Bu sistemlə hakimləri öldürdük".

Ronaldo "Realdan "Yuventusa bu yay keçib və Turin klubu ilə 2022-ci ilə qədər müqavilə bağlayıb.