Futbol üzrə Brazilya milli komandasının sabiq üzvü Adriano karyerası ilə bağlı maraqlı məqamalara toxunub.
Unikal.org İtaliya mətbuatına istinadən xəbər verir ki, brazilyalı oyunçu futbol oynadığı müddətdə spirtli içkilərdən istifadə etdiyini deyib. O həmçinin laryerasının ən yaxşı dövründə məşqə içkili getdiyini etiraf edib:
"Atamın ölümü məni depresiyaya salmışdı. Özümü tək hiss edir, hər şeydən uzaqlaşırdım. İtaliyada özümü tək, depresiyada və bədbəxt hiss edirdim. İçməyə başladım, sadəcə, içərkən xoşbəxt olurdum. Hər axşam içirdim, şərab, viski, pivə...
İçki içməyi tərgidə bilmədim, buna görə də, "İnterdən ayrılmağım lazım oldu. Səhər məşqinə içkili getmişdim, bunu necə gizlədəcəyimi bilmirdim. "İnterdən mətbuata əzələ problemimin olduğunu deməyimi istədilər. Sonralar başa düşdüm ki, əsl problem mənim ətrafımdakı dostlarım imiş. Mənim üçün heç bir şey etmirdilər. Əksinə, gecə klublarına aparıb, qadınlarla və içkiylə vaxt keçirməyimi təmin edirdilər. Braziliyaya qayıdanda milyonlar itirdim, amma xoşbəxtliyi tapdım.