Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçirilib. 

Unikal.org  xəbər verir ki,, Monakodakı Qrimaldi Forumda təşkil olunan tədbirdə "Qarabağ"ın da rəqibləri bəlli olub. 

Azərbaycan təmsilçisi E qrupunda İngiltərənin "Arsenal", Portuqaliyanın "Sportinq" və Ukraynanın "Vorskla" klublarına rəqib olub. 

Püşkatmanın nəticələri: 

A qrupu: "Bayer" (Almaniya), "Lüdoqorets" (Bolqarıstan), "Sürix" (İsveçrə), AEK (Larnaka, Kipr)

B qrupu: "Zaltsburq" (Avstriya), "Seltik" (Şotlandiya), "Leyptsiq" (Almaniya), "Rusenborq" (Norveç)

C qrupu: "Zenit" (Rusiya), "Kopenhagen" (Danimarka), "Bordo" (Fransa), "Slaviya" (Praqa, Çexiya)

D qrupu: "Anderlext" (Belçika), "Fənərbağça" (Türkiyə), "Dinamo" (Zaqreb, Xorvatiya), "Spartak" (Trnava, Slovakiya)

E qrupu: "Arsenal" (İngiltərə), "Sportinq" (Lissabon, Portuqaliya), "Qarabağ" (Azərbaycan), "Vorskla" (Poltava, Ukrayna) 

F qrupu: "Olimpiakos" (Yunanıstan), "Milan" (İtaliya), "Betis" (İspaniya), "Düdelanj" (Lüksemburq)

G qrupu: "Vilyarreal" (İspaniya), "Rapid" (Vyana, Avstriya), "Spartak" (Moskva, Rusiya), "Reyncers" (Şotlandiya)

H qrupu: "Latsio" (İtaliya), "Marsel" (Fransa), "Ayntraxt" (Almaniya), "Apollon" (Kipr)

I qrupu: "Beşiktaş" (Türkiyə), "Genk" (Belçika), "Malmö" (İsveç), "Sarpsport" (Norveç)

J qrupu: "Sevilya" (İspaniya), "Krasnodar" (Rusiya), "Standard" (Lyej, Belçika), Akhisar" (Türkiyə)

K qrupu: "Dinamo" (Kiyev, Ukrayna), "Astana" (Qazaxıstan), "Renn" (Fransa), "Yablonets" (Çexiya)

L qrupu: "Çelsi" (İngiltərə), PAOK (Yunanıstan), BATE (Belarus), "Videoton" (Macarıstan)

Qeyd edək ki, ilk turun oyunları sentyabrın 20-də keçiriləcək. Final matçı isə 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.