"Yuventusun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo İtaliya A Seriyasının üç oyununda rəqib qapılarına 23 zərbə endirsə də, bunlardan heç biri qola çevrilməyib.

Unikal.org İtaliya mətbuatına istinadən xəbər verir ki, Ronaldonun bu göstəricisi Avropada ən pis nəticədir.

Qeyri-dəqiq zərbələrdə ikinci yeri "Nantın yarımmüdafiəçisi Valenten Ronjye tutur. Onun endirdiyi 15 zərbənin heç biri qolla nəticələnməyib. Sonrakı yerlərdə "Kristal Pelasdan Kristian Benteke (13), "Monpelyedən Endi Delor (12) və "Liondan Nabil Fekir qərarlaşıblar.

Ronaldo "Yuventusa "Realdan transfer olunub.