Belarusun "Dinamo" (Brest) klubu ilə müqavilə bağlayan Dieqo Maradonanın uzun müddətdir işə çıxmadığı barədə məlumat vermişdik.

Unikal.org xəbər verir ki, bu məsələ mətbuatda yayıldıqdan sonra Maradona açıqlama verib. O, "instaqramda belə yazıb:

"Gələn həftdən Brest "Dinamosunda öz vəzifəmi yerinə yetirməyə başlayacam.

Mətbuatda yayılan məlumatda bildirilirdi ki, Maradona Venesuela prezidenti Nikolas Madurodan təklif alıb və bu ölkədə vəzifə tutacaq.

Maradona ilə Madura yaxın dostdurlar.