Futbol üzrə Kolumbiya yığması baş məşqçisiz qalıb.

Unikal.org xəbər verir ki, Kolumbiya Futbol Federasiyasının rəhbərliyi ilə görüşən baş məşqçi Xose Pekerman qarşılıqlı razılıq əsasında postundan ayrılıb. Bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb.

Pekerman və onun köməkçilərinə gələcək karyeralarında uğurlar arzulanıb.

69 yaşlı mütəxəssis 2012-ci ildən Kolumbiya yığmasını çalışdırırdı. O, bu komandanı DÇ-2014 və DÇ-2018-ə çıxarmışdı.

Pekermanın bundan sonra Argentina yığmasını çalışdıracağı bildirilir. Argentinalı mütəxəssis 2004-2006-cı illər aralığında da ölkəsinin yığmasına rəhbərlik edib.