3 qat Avropa çempionu, iki dəfə İslam Oyunlarının mükafatçısı, millinin üzvü, uşu-sandaçı Elçin Eminovun tələbələri yarışlara Dinamo İC-də hazırlaşırlar.
E.Eminov həm özü yarışlara hazırlaşır, həm də boş qalan vaxtlarında milli komandaya yararlı olacaq idmançılar yetişdirir. Onun məqsədi tələbələrinin beynəlxalq yarışlarda Azərbaycan bayrağını yüksəldib, himni səsləndirməsidir.
Unikal.org xəbər verir ki, E.Eminov məşqçisi və Uşu Federasiyasının prezidenti Azər Həsənsoydan öyrəndiklərini komandasına aşılamağa çalışır.
Biz də E.Eminov uşuçulardan ibarət komandasının məşqində olduq. Həmin məşqdə Azərbaycan Uşu və Muaytay-Tayboks Federasiyalarının Prezidenti, dünya çempionu, Əməkdar məşqçi, Əməkdar İdman Xadimi Azər Həsənsoy da iştirak edirdi.
A.Həsənsoy bir müddətdir fasilə verdiyi məşqləri bərpa etməyə çalışdığını deyib. Maraqlıdır ki, A.Həsənsoyun oğlu Atilla Həsənsoy da Elçin Eminovun rəhbərliyi ilə məşqlərə qatılır. A.Həsənsoyun bildirdiyinə görə, oğlu tam da peşəkar səviyyədə hazırlaşmır. O daha çox təhsil almaqda maraqlıdır.
Federasiya prezidenti bildirib ki, hazırda oğlunun 17 yaşı var:
"Hazırda tələbədir, 17 yaşı var. Düzdür, güclü idmançı kimi yetişə bilər, amma təhsilə daha çox önəm verir. Təbii ki, bir idmançı kimi yetişməsini çox istəyərəm. Amma hələlik bu barədə dəqiq nə isə deyə bilmərəm.
Məşqin sonunda Azər Həsənsoy və tələbəsi Elçin Eminov da məşq edib, bəzi fəndləri nümayiş etdirdilər.