"Yuventusun futbolçusu Kriştiano Ronaldo klubun düşərgəsinə qayıdıb.
Unikal.org xəbər verir ki, Ronaldo bazaya gözünün altında diqqət çəkən qaraltı ilə qayıdıb. Ronaldonun gözünün altını kimin qaraltdığı bəlli deyil.
Ancaq portuqal "Parma ilə oyundan sonra yaxtada rəfiqəsi Corcinyo Rodrigeslə birgə istirahət edib. Paparatsilər yaxtada başqa şəxs müşahidə etməyiblər. Güman olunur ki, Kriştianonun gözünün altına "kölgə"ni də elə Rodriges qoyub.
Bundan əlavə futbolçunun kiminləsə dalaşması da iddia edilir.