2019-cu ildə Minsk şəhərində keçiriləcək II Avropa oyunlarına hazırlıq işlərinin müzakirəsi məqsədi ilə Koordinasiya Komissiyasının sayca 2-ci iclası öz işinə başlayıb. İki gün davam edəcək iclasda Azərbaycanı gənclər və idman naziri, II Avropa oyunları Koordinasiya Komissiyasının üzvü Azad Rəhimov təmsil edir.
Unikal.org xəbər verir ki, bu barədə GİN-in mətbuat xidməti məlunmat yayıb.
Komissiyanın iclasında II Avropa oyunlarına bir ildən az vaxtın qaldığı müddətdə yarış cədvəlinin dəqiqləşdirilməsi, təşkilati məsələlər, idmançıların yerləşdirilməsi və qalacaqları məkanlar barədə daha geniş informasiyanın təqdim edilməsi, yayım, təbliğat işlərinin aparılması, açılış- bağlanış mərasimləri, təhlükəsizlik, könüllülər proqramı və digər mühüm məsələlər müzakirə olunur.