21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Unikal.org xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv "Dalğa Arena"da İsraillə üz-üzə gəlib.
Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı artıq 35-ci saniyədə rəqib müdafiəçilərin səhvindən sonra Renat Dadaşov açıb. Lakin 30-cu dəqiqədə Şon Zalman Vaysman bərabərlik qolunu vurub.
86-cı dəqiqədə Azərbaycan millisi qələbə topunu vurmaq üçün əlverişli şans əldə edib. Lakin Ziya Əzizov Fəhmin Muradbəyliyə qarşı kobudluğa görə təyin olunmuş penaltidən yararlana bilməyib.
Bununla da Azərbaycan millisi qrupda keçirdiyi 8-ci oyunda 2-ci xalını qazanıb. Komanda bu nəticə ilə sonuncu - 6-cı pillədə qərarlaşıb. İsrail isə xallarını 8-ə çatdırıb.
Görüşü izləyənlər arasında Azərbaycanın əsas millisinin baş məşqçisi Qurban Qurbanov da olub. Tamaşaçı sayı isə 100-ü keçməyib.