Bu gün İranın Sircan şəhərində yeniyetmə yunan-Roma güləşçiləri arasında "Yadigar İmam Cup" beynəlxalq turniri start götürüb.
Unikal.org bildirir ki, komanda yarışında ölkəmizi yeniyetmələrdən ibarət yığmamızın məşqçiləri Nazim Əhmədov və Rasim Ağayevin rəhbərliyi altında Ziya Babaşov (45 kq), Qurban Qurbanov (48 kq), Elmir Əliyev, Nihad Quluzadə (hər ikisi 51 kq), Nihad Məmmədli (55 kq), Həsrət Cəfərov, Əli Alıyev (hər ikisi 60 kq), Xasay Həsənli (65 kq), Allahverdi Əliyev (71 kq), Qabil Əhmədov (80 kq), Laçın Vəliyev (92 kq) və Əli Fərmanovdan (110 kq) ibarət kollektiv təmsil edir.
Millimiz qrupda İranın üçüncü komandasına və Ermənistana 8:2, İranın ikinci komandasına isə 9:1 hesabıyla qalib gəlib. Bununla da güləşçilərimiz qrup qalibi kimi finala yüksəlib. Sabah yığmamız finalda İranın əsas komandasıyla qarşılaşacaq.
Qeyd edək ki, yarışın hakimləri arasında həmyerlimiz Azər Allahverdiyev də var.