Azərbaycan karateçiləri Türkiyənin Ordu şəhərində Qara dəniz və Xəzəryanı ölkələrin uşaq, yeniyetmə və gənclər arasında çempionatında 34 medalla vətənə qayıdır.

Unikal.org xəbər verir ki, 3 gün davam edən nüfuzlu yarışda 11 qızıl, 12 gümüş və 11 bürünc mükafata sahib olan idmançılarımız 8 ölkədən 94 klub və seçmə komandanı təmsil edən iştirakçılar arasında 2-ci yeri tutublar.

"Qaraqaplan", "Arpaçay" və Sumqayıt şəhər klublarının üzvlərindən ibarət 8-9 və 14-15 yaşlı yeniyetmələr seçmə komandası, komanda kumite kateqoriyasında çempion olub. Yarışda Bakı, Sumqayıt və regionları təmsil edən "Qaraqaplan", "Arpaçay", "Cudo 2012", DİN İdman klubu, "Xətai" və bir sıra klublardan 70-dən artıq idmançı iştirak edib. Daha yüksək nəticəni "Qaraqaplan", "Arpaçay" və Sumqayıt klublarının yetirmələri əldə ediblər. Çempionatın rəsmi açılış mərasimində Türkiyə Karate Federasiyasının prezidenti Esad Delihasan, Qara dəniz və Xəzəryanı ölkələri Karate Federasiyaları təşkilatının prezidenti Yaşar Bəşirovun adından yarış iştirakçılarına uğurlar arzulayıb.

Qara dəniz və Xəzəryanı ölkələri Karate Federasiyaları təşkilatının keçirdiyi növbəti beynəlxalq turnirdə 15 ölkənin idmançıları kata və kumite üzrə fərdi və komanda yarışlarında çıxış ediblər.

Sumqayitda Təfəkkül Lideyinin şagirdi Aysu Əliyeva yarışda fəxri kürsünün ən yüksək pilləsinə sahib olub.