Futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasında ilk oyununu keçirib.

Unikal.org  xəbər verir ki, "D" Liqasının 3-cü qrup matçında rəqib Kosovo millisi olub.
Bakı Olimpiya Stadionunda təşkil olunmuş qarşılaşmada qalib müəyyənləşməyib - 0:0.
Matçın sakit keçən ilk yarısı ilə müqayisədə ikinci hissə daha maraqlı alınıb. Buna əvəzləmələrin də təsiri olub.
61-ci dəqiqədə Ruslan Qurbanov Təmkin Xəlilzadəyə, 66-cı dəqiqədə Emin Mahmudov Dmitri Nazarova, 74-cü dəqiqədə Ramil Şeydayev Rauf Əliyevə yerini verib. 69-cu dəqiqədə isə Azərbaycan millisinin hücumu zamanı top cərimə meydançası daxilində rəqib müdafiəçinin əlinə dəysə də, referi penalti təyin etməyib.
Bir neçə epizodda isə təhlükəli hücumları qolla tamamlamaq mümkün olmayıb.
Beləliklə, Azərbaycan millisi Qurban Qurbanovun rəhbərliyi altında ilk rəsmi matçından qolsuz bərabərliklə ayrılıb. Yanvarın 30-da Moldova ilə yoldaşlıq görüşünə təsadüf edən Qurbanovla ilk sınaqda da eyni hesab qeydə alınmışdı - 0:0.