Qayınatasını döydüyünə görə, həbs olunan 5 qat dünya çempionu Ehram Məcidovun vəkili açıqlama verib.

Vəkil Vüqar Tümasov Unikal.org-a bildirib ki, E.Məcidov Kürdəxanıda yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır və saxlama şəraitindən narazı deyil: 

"Səhhəti normaldır. Baş vermiş hadisənin araşdırılması üçün ona, 2 ay 28 günlük həbs verilib. Hazırda hadisə ilə bağlı istintaq gedir. Zərurət yaranarsa, ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, 5 qat dünya çempionu Ehram Məcidov Cinayət Məcəlləsinin 221.3. və 127.2 maddəsi ilə təqsirli bilinir.