Motosiklet yarışlarında əvvəllər rast gəlinməmiş qəribə hadisə baş verib. Romano Fenati motosiklet yarışında 225 km sürətlə hərəkət edən rəqibi Stefano Manzinin əyləc qolunu çəkərək onun qəza törətməsinə səbəb olub.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hadisə San Marinoda keçirilən "Moto2 yarışında baş verib. Yarış izləyiciləri onun bu hərəkətini böyük təəccüblə qarşılayıblar.

O bu hərəkətindən sonra yarışdan diskvalifikasiya olunmaqla yanaşı 2 yarışa da qatıla bilməyəcəyi qeyd edilib. O daha sonra üzvü olduğu komandadan da qovulub. Fenati özü bu barədə açıqlama verib. O bildirib ki, dah aheç bir yarı.lara qatılmayacaq və idman karyerasını başa vurduğunu açıqlayıb.