Kiyevdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.

Unikal.org AFFA-nın saytına istinadən xəbər verir ki, Ramin Quliyevin komandası Ukraynanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb. Görüş 7:0 hesabı ilə rəqibin xeyrinə başa çatıb.

Qeyd edək ki, komandamız bu rəqiblə sentyabrın 20-də də üz-üzə gələcək.