Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ" və "Neftçi" futbol komandaları arasında Azərbaycan kuboku yarışlarının final oyunu başa çatıb.
Unikal.org xəbər verir ki, əlavə olunmuş vaxtın sonuncu dəqiqəsində "Qarabağ"ın futbolçusu Miçel hesabı açıb – 1:0. Beləliklə baş hakim Fariz Yusifov idarə etdiyi oyun 1:0 "Qarabağ" komandasının qələbəsi ilə başa çatıb.
Bununla da "Qarabağ" ardıcıl ikinci dəfə qızıl dubl edir.