Nigeriyalı dəniz quldurları Anqoladan Nigeriyanın "Onne limanına getməkdə olan Liviya bayraqlı "Pomerania Sky adlı Alman gəmisinə hücum edib.

Unikal.or xəbər verir ki, 2 qayıqla gəmiyə çıxan quldurlar 20 nəfərlik gəmi heyətinin 11 nəfərini qaçırıb. Onlardan 8-i polyak, 2-si Filippinli, 1-i isə Ukraynalıdır.

Şənbə günü edilən hücumun detalları bu gün ortaya çıxıb. Polşa xarici işlər naziri Jacek Czaputovicz bu məsələ ilə bağlı bəyanat verib və 8 Polşalı vətəndaşın oğurlandığını təsdiqləyib.