Türkiyənin Antalya vilayətində təlim təyyarəsi qəzaya uğrayıb.

Unikal.org-un məlumatına görə, hadisə nəticəsində pilot da daxil olmaqla iki nəfər həlak olub.

Qəzanın səbəbləri hələlik məlum deyil. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.