
İspaniyanın Madrid şəhərini təmsil edən "Real" və "Atletiko" klubları arasında Milanın məşhur "San-Siro" stadionunda keçirilən Çempionlar Liqasının final matçı başa çatıb.
Unikal.org xəbər verir ki, oyunun əsas hissəsi 1:1 hesabı ilə başa çatdığından final matçının vaxtı 30 dəqiqə artırılıb. Lakin komandalar əlavə vaxtda da fərqlənə bilməyiblər.
120 dəqiqəlik oyundan sonrakı penaltilər fəslində "Real" qalib gələrək 11-ci dəfə Avropanın ən güclü klubu olub.
