Şənbə günü axşam Polşanın göyərtəsində 19 nəfər olan gəmisi Baltika dənizində batıb.
Unikal.org xəbər verir ki, bunu jurnalistlərə Polşa Dəniz Axtarış və
Xilasetmə Xidmətinin rəsmi nümayəndəsi Rafal Qoyetsk deyib.
"Şənbə
günü axşam "Mietus" gəmisi dənizdə batıb. O, kommersiya məqsədi ilə
dənizə çıxır və insanları balıq tutmağa aparırdı", - deyə o bildirib.
Gəminin
hansı səbəbdən batdığı hələ ki, məlum deyil. Xidmətin məlumatına görə,
göyərtədə olan 19 nəfərin hamısı xilas edilib. Onların köməyinə
Danimarka xilasediciləri gəlib. Əməliyyatda iki vertolyot və üç gəmi
iştirak edib.
İdarədən qəza zamanı bir nəfərin başından xəsarət alaraq xəstəxanaya yerləşdirildiyi bildirilir.