DAHA BİR MÜƏLLİM 4 QIZ ŞAGİRDİNƏ TƏCAVÜZ ETDİYİ ÜÇÜN İSTİNTAQA CƏLB EDİLDİ
 
Diyarbəkirdə özəl məktəblərin birində ibtidai sinif müəllimi A.D 4 qız şagirdinə əxlaqsız hərəkətlər etdiyi üçün məktəb direktoru və valideyinləri tərəfindən polisə verilib.
 
Məktəbdə 8- 9 yaşlarındakı 4 qız şagirdinə cinsi istismar etdiyi iddiası ilə nəzarətə alınan müəllimə A,D ona qarşı irəli sürülən ittihamların yalan olduğunu söyləyib. A.D prokurora verdiyi izahatda bildirib ki, 2015-ci ildən bu yana ödənişli müəllim işləyir və bu ilin 4 may tarixində məktəb müdiri məni otağa çağırıb, cinsi istismar hadisəsi ilə əlaqədar təhqir etdi. 
"Müdir köməkçisi otağına keçdik. Otaqda hadisəni görən adam, 2 rəhbər müəllim və tanımadığım 2 adam var idi. Hadisəni görən adam mənim üzərimə hücum elədi. O adam bir şagirdi qucağıma aldığımı və çılpağ vəziyyətdə gördü. Mənim sinifimdə insan bədəni ilə bağlı şagirdlərə dərs keçirdim. Mən və bir qız şagird sinifdə qalmışdıq. Məqsədim ona bu barədə dərs keçmək idi. Sinifin qapısı bağlı idi. Mən bu sırada sandalyemi çəkib oturdum. Qız şagirdə dərs izah edərkən sevmək və motivasiya etmək üçün qucağıma aldım. Birdən qapı açıldı və o adamsinifə girdi. Uşaq mənim qucağımda  idi. Mən o an utandım və kızardım. "

"ŞƏKƏR KİMİ gördüyü üçün boynundan öpdüm"

Bütün bu hərəkətlərini müəllim, ana və ata şəfqəti ilə etdiyini qarşıya qoyan A.D. müdafiəsini belə davam edib:

"Sinifdə 3 qız uşağını da belə qucağıma almışam. Mənim bu uşaqlara qarşı ayrı bir sevgim var. Xüsusilə bir qızı çox sevirəm. Çox gözəl bir qızdır. Özünü təşviq üçün bəzən qucağıma alıb sevir, oxşayır və öpürdüm. Bir dəfə sevgim o qədər irəli getmişdi ki, canım qaynadı, boynundan öptüm. Uşağın bədəni ağ olduğundan boynu qızardı. Anası bu vəziyyəti soruşduğunda pis bir niyyətimiz olmadığını, özünü şəkər kimi gördüyüm üçün boynundan öptüyümü söylədim. Digər şagirdləri də öpmüş ola bilərəm."
 
Hazırda məktəb müəlliməsi hadisə ilə bağlı saxlanılıb, istintaq aparılır.