Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri erməni işğalçıları tərəfindən Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkiblər.
Girov Dilqəm Əsgərov qardaşı Sahib Musayevə və oğlu Kürdoğlu Əsgərova məktub yollayıb.
Unikal.org bildirir ki, K.Əsgərov AzVision.az-a açıqlamasında atasının səhhətində ciddi problemlərin olduğunu deyib.
Onun sözlərinə görə, D.Əsgərov məktubunda ürək nahiyəsində ağrıların olduğunu yazıb.
"Atam məktubunda bir sıra məqamlara toxunub. Onları mətbuata açıqlaya bilmərik. Bircə deyə bilərəm ki, onun səhhətində ciddi problem var. Məktubun sonunda isə yazıb ki, "narahat olmayın, hələki sağam, oğul!".