Xəbər verdiyimiz kimi, Şabran rayon Zeyvə kəndində ümumi sahəsi 220 m² olan ikimərtəbəli 8 otaqlı evin 1-ci mərtəbəsinin yanar konstruksiyaları 30 m² sahədə, 2-ci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları 65 m² sahədə yanıb.
Unikal.org-un əldə etdiyi məlumata görə, yanğın nəticəsində 92 yaşlı qadın yanaraq dünyasını dəyişib. 1926-cı il təvəllüdlü Nuriyeva Balyar Abdul qızının neftçi olan oğlu ailəsi ilə birlikdə Şabran rayonunun mrəkəzində yaşadığı üçün həmin qadın 2 mərtəbəli evdə tək yaşayırmış. Hadisə yaşlı qadının ehtiyatsızlığı ucbatından baş verib. Belə ki, Balyar Nuriyeva sobada odun yandırıb, sonradan alov evə yayılıb. Qoca qadın yanan evdən çıxa bilmədiyi üçün faciəvi şəkildə ölüb. Hadisə yerinə gələn FHN-nin yanğından mühafizə bölmələri yanan evi söndürüb, 92 yaşlı qadının cəsədini evdən çıxarıblar.
Famil Fərhadoğlu