Alkoqol və tütün məhsullarını qa­çaq­mal şəklində dövlət sər­hə­­din­dən keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Unikal.org xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) Mətbuat Mərkəzi məlumat yayıb.

Bildirilib ki, DSX-nın sər­həd nəzarəti orqanlarının gömrük əməkdaşları ilə birgə keçir­dikləri tədbirlər nəticəsində Bakı-Türkmənbaşı reysi ilə "Bəxtiyar gəmi­sində yola düşən Türkmənistan vətəndaşları - 1982-ci il təvəl­lüdlü Bullarov Qurhanmuhannedə məxsus "Ford-Tranzit markalı BT-9388-AG dövlət nömrə nişanlı və 1990-cı il təvəllüdlü Kaderon Beg­lienə məxsus "Toyota markalı BG-5081-AG dövlət nömrə ni­şan­lı avtomobillərin salonlarında alkoqol və tütün məhsullarını qa­çaq­mal şəklində dövlət sər­hə­­din­dən keçirmək cəhdlərinin qarşısı alınıb.

Belə ki, avtomobillərin salonlarında 1524 qutu "Pall Mall, 490 qutu "Fine, 800 qutu "Wont, 10 qutu "Parlament siqaretləri, 400 ədəd "Mascotte markalı tütün doldurmaq üçün siqaretlər, 500 qram tütün, 8 ədəd 2,5 litrlik "Georgian ԝine, 10 ədəd 0,5 litrlik "Rkatsiteli markalı çaxır, 6 ədəd 1 litrlik adsız suvenir çaxırlar aşkar olunub.