Rusiyanın Ermənistanın Erebuni aviabazasında yerləşən ordu hissələri bu gün təlimə başlayıblar.
 
Rus pilotlar dağlıq-qayalıq ərazidə helokipterlərin eniş və qalxışını sınaqdan keçiriblər. Bu barədə Cənub hərbi dairəsindən məlumat verilib.
 
Döyüş təlimi zamanı Mİ-24P və Mİ-8MT daşıma helikopterlərində 50-də çox pilot havaya qalxıb. Təlimlər 1500-3000 metr yüksəklikdə həyata keçirilib.
 
Təlimdə dağlıq şəraitdə düşmən kolonnalarının izlənilməsi, çətin şəraitdə eniş imkanları sınaqdan keçirilib. (Avropa.info)