AXCP sədrinin müavini Fuad Qəhrəmanlı barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Unikal.org bildirir ki, F. Qəhrəmanlının vəkili Fəxrəddin Mehdiyevin APA-ya verdiyi məlumata görə, istintaq orqanı tərəfindən istintaqın yekunlaşdığı elan edilib.
Yaxın günlərdə vəkillər cinayət işinin materialları ilə tanış olmağa başlayacaqlar.
Qeyd edək ki, F. Qəhrəmanlı ötən il dekabrın 8-də həbs edilib. Məhkəmə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.