Sumqayıt şəhərində 22 yaşlı oğlan intihar edib.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən ondörtmərtəbəli yaşayış binasında baş verib.
Belə ki, şəhər sakini, 1996-cı il təvəllüdlü Cəfərli Əli Süleyman oğlu özünü binanın 14-cü mərtəbəsindən ataraq intihar edib.
Gəncin meyiti müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib. Hadisənin səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.