Küveyt kral ailəsinin üç üzvü "WhatsApp"da Küveyt əmiri və hakimlərə qarşı təhqiramiz və yalan ifadələr işlətdikləri üçün həbs cəzasına məhkum ediliblər.
Unikal.org xarici mediaya istinadən xəbər verir ki, məhkəmə tərəfindən ələ keçirilən "WhatsApp" yazışmalarında Küveyt əmirlərinin rüşvət almalarına dair həqiqəti əks etdirməyən söhbətlər üzə çıxıb. Aralarında Küveyt Milli Təhlükəsizlik Ofisinin başçısı Athbi al-Fahadın oğlu da olan üç kral ailəsi sözügedən yazışmalar səbəbi ilə 5 il azadlıqdan məhrum edilib.