Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan "Gəl Dərdini Danış verilişində daha bir cinayətin təfərüatları bəlli olub.

Unikal.org xəbər verir ki, Quba rayonunda qalan Ənvər bəy verilişdə çıxış edərək alma bağlarında oğlu ilə çalışdığını bildirib. Onun sözlərinə görə bağların sahibi Eldar bəy 3 il imiş ailənin pulunu ödəmiyib. Günlərin bir günü bağına gələn sahibkarla Ənvər bəy arasında mübahisə düşüb. Ənvər bəy oğluna xəbər edib. Biraz sonra oğluda həmin bağa gəlir. Mübahisə genişlənir və oğlu yerdən daş götürərək alma ağacına atır.

Ata iddia edir ki, oğlu alma ağacına daş ataraq "Bu da sənin almaların deyib. Daş ağaca dəyərək sahibkar Eldar bəyin başına düşür. Ənvər bəy bildirib ki, Eldarın xəstə olduğunu bilməmişik. Eldar bəy ürək xəstəliyindən əziyyət çəkirmiş.

Bu mübahisədən sonra ata və oğul polisə gedib ki, Eldar bəydən şikayət eləsin. Polisə çatan kimi ailə qara xəbəri alıb. Polislər "siz adam öldürmüsüz deyərək Ənvər bəylə oğlunu saxlayırlar...

Atanın istəyi odur ki, ağaca atılan daşdan Eldar bəy ölə bilməz. O iddia edir ki, həbs edilən oğlu günahsızdır.

Biraz sonra teleaparıcı elə efir vasitəsi ilə hüquq mühafizə orqanları ilə əlaqə saxlayıb. Amil Xəlilə verilən məlumata görə daş ağaca deyil birbaşa Eldar bəyin başına atılıb. Özüdə daşın çəkisi 2 kq olub. Və beyinə qansızmadan Eldar bəy dünyasını dəyişir...

Verilişi tam olaraq sizə təqdim edirik. Qeyd edək ki, veriliş həftə içi hər gün saat 16:00 da Amil Xəlilin təqdimatında Space Tv-də yayımlanır