Rusiyanın Saratov bölgəsində bədbəxt hadisə baş verib.

Unikal.org xəbər verir ki, 5 yaşlı uşaq Yaşıl ada ərazisindəki istirahət mərkəzində atası ilə buz bağlamış Volqa çayının üstü ilə gəzərkən ağırlığa tab gətirməyən buz qırılıb və hər ikisi suya düşüb.

Ata öz gücüylə uşağı sudan çıxara bilmədiyini görüb, kömək çağırıb. Amma uşağın həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerinə gələn təcili yardım uşağın boğulduğunu bildirib.(publika.az)