Ermənistan Qarabağ üzrə Vyana danışıqlarında əldə olunmuş razılaşmaların həyata keçirilməsi üzrə ardıcıl işləmək niyyətindədir.
Unikal.org xəbər verir ki, bu barədə Ermənistan prezidenti Serj Sarkisyan Astanda Avrasiya Ali İqtisadi Şurasının geniş tərkibli iclasında deyib.
"Vyanada ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin vasitəçiliyi ilə görüş keçirildi. Bu görüşdə etimad tədbirlərinin yaradılmasına dair razılıq əldə olunub - təmas xəttində monitorinqlərin keçirilməsinin mexanizmi və ATƏT-in araşdırıcı mexanizmləri.
Ermənistan bu razılaşmaların həyata keçirilməsi üzrə ardıcıl işləmək niyyətindədir və münaqişənin sülh yolu ilə həllini axtarmaqda davam edəcək", - Sarkisyanın sözlərinin onun mətbuat xidməti sitat gətirir.