Fransanın paytaxtı Parisdə benzinin qiymətinin bahalaşmasına etiraz əlaməti olaraq keçirilən aksiyada yüzlərlə adam saxlanılıb.

Unikal.org 
"RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.

Son məlumatda bildirilir ki, saxlanılanların sayı 205 nəfərə çatıb. Daha əvvəl aksiya zamanı 180 nəfərin saxlanıldığı bildirilirdi. Aksiya zamanı həmçinin onlarla insan xəsarət alıb. Onların arasında asayiş keşikçiləri də var.

Fransada benzinin bahalaşması ilə bağlı kütləvi etiraz aksiyaları noyabrın 17-dən davam edir.