ABŞ Koreya Xalq Demokratik Respublikasının ötən həftənin sonunda həyata keçirdiyi raket sınağını pisləyir.
Unkal.org xəbər verir ki, bunu çərşənbə axşamı jurnalistlər üçün keçirilən brifinqdə Ağ evin mətbuat katibi Coş Ernest deyib.
"Birləşmiş Ştatlar Şimali Koreya tərəfindən həyata keçirilən raket sınağını qətiyyətlə pisləyir", - deyə o bildirib və əlavə edib ki, belə hərəkətlər BMT Təhlükəsizlik Şurası qətnamələrinin pozulması deməkdir.
Ernestin sözlərinə görə, Şimali Koreyanın raket və nüvə silahı hazırlamaq cəhdləri "ABŞ, onun müttəfiqləri və Asiya-Sakit okeanı regionu üçün əhəmiyyətli dərəcədə təhlükə kəsb edir".