Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Gigiyena və Epidemologiya Mərkəzinin çimərliklərdə birgə keçirdikləri monitorinqin nəticələri açıqlandı.
Gigiyena və Epidemologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımovun sözlərinə görə, qadağan edilən yerdə çimənlərin mədə-bağırsaq xəstəliklərinə yoluxma riski daha yüksəkdir.
Unikal.org "Xəzər Xəbər"ə istinadən məlumat verir ki, qadağan edilən ərazilərə Çimmək qadağandır lövhələrinin vurulması ilə bağlı Mərkəz aidiyyatı qurumlara məktub da ünvanlayıb.
Məlumat üçün bildirək ki, çimərlik kimi istifadəsi qadağan edilən ərazilərdə Fövqəladə Hallar Nazirliyinin Dalğıc-Xilasediciləri də xidmət aparmır. Ona görə də, həmin ərazilərə çimmək üçün gedən şəxslərin batma risqi daha da yüksəkdir. Buna görə də vətəndaşlara diqqətli olmaq tövsiyyə edilir.
Bilgəh, Buzovna, Mərdəkan,Pirşağı qəsəbələrinin, eləcədə Novxanı və Corat bağlarının sahil zolağındakı çimərliklər isə istifadəyə yararlıdır.