Türkiyənin Bolu şəhərində polis gecə saatlarında 2 mənzildə əməliyyat keçirib.

Unikal.org-un məlumatına görə, şəhərin  mərkəzində 2 mənzildə keçirilən əməliyyat zamanı  fahişəliklə məşğul olan 9 nəfər saxlanılıb. Saxlanılar  şəxslərdən 2 nəfəri  qadın, 7 nəfəri isə kişi  olub.
Müxtəlif yaş qruplarında olan şəxslər Bolu Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinə aparılıb.

İfadələri alınan və pul cəzası kəsilən şəxslər sonradan sərbəst buraxılıb.