"Əgər Demokratlar Partiyasından olan
senatorlar da Konqresdə Meksika sərhədində qanunsuz miqrantların
qarşısını almaq üçün divar inşasını dəstəkləsəydi, Birləşmiş Ştatlar
milyardlarla dollar qənaət edə bilərdi".
Unikal.org xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Twitterdəki səhifəsində yazıb.
Donald Tramp qeyd edib ki, necə olursa-olsun, qanunsuz yolla ölkəyə heç kim buraxılmayacaq: "Lazım gəlsə, cənub sərhədini bağlayarıq. Narkotikləri də gətirməyə son qoyun!.