Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus "Su-25 qırıcı təyyarəsi qəzaya uğrayıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, təyyarə saat 10:20-də təlim uçuşu zamanı yoxa çıxıb.Onun Gümrü aeroportundan hava qalxdığı xəbər bildirilir. Hazırda ərazidə axtarışlar aparılır."Su-25 qırıcı təyyarəsində olan pilotlar polkovnik-leytenant Babayan Armen və mayor Manukyan Movses ölüblər. Bu barədə məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.