Antaliyada ailəvi problemləri səbəbindən intihara cəhd edən gənc qız həbsxanadakı atası ilə danışdıqdan sonra bu fikrindən daşınıb.

Unikal.org Türkiyə mətbuatına sevgilisindən ayrıldığı deyilən 22 yaşlı E. Ş spirtli içki içdikdən sonra təpəyə çıxaraq intihara cəhd edib.

Bildirilir ki, yoldan keçənlər 30 metr yüksəklikdəki təpəyə çıxıb alayan bir gənc qız görüblər. Onu görənlər təcili olaraq polisə və xilasetmə qüvvələrinə xəbər veriblər.

Polislər və xilasetmə qüvvələri qızı fikrindən daşındırmağa cəhd etsə də buna nail ola bilməyiblər. Hər kəsin ona pislik etdiyini deyən E. S, atası M.S ilə danışmaq istədiyini, əks halda tullanacağını deyib. Polislər onun təklifi ilə razılaşıb.