Qulu Məhərrəmlinin müsahibəsində AzTV sədri Arif Alışanova qarşı təhqiramiz ifadələrin olmasınıartıq dilçi alimlər də təsdiqlədi.
Bu barədə Unikal.org-a açıqlama verən Dilçilik İnstitunun professoru,dilçi alim Qəzənfər Kazımov bildirib ki, yaramaz sözü təhqir kimi qəbul olunur. Onun sözlərinə görə, insanlar gərək diqqətli olsunlar və söyüşlə, təhqirlə tənqidi qarışdırmasınlar: «Məşhur jurnalistlər, tədqiqatçılar bu cür ifadələr işlədəndə daha diqqətli olmalıdırlar. Yaramaz vulqar sözdür, onu hər yerdə işlətmək olmaz. İctimai yerlərdə, ictimai fəaliyyət dövründə bu kimi ifadələr işlətmək olmaz».
Onun sözlərinə görə, bu cür ifadələr yalnız küçədə səslənə bilər.
Toğrul Əliyev