İçərisində 112 sərnişin və 5 heyət üzvü olan təyyarə faciədən son anda qurtulub.

Unikal.org xarici mediaya istinadən xəbər verir ki, hadisə ABŞ-da qeydə alınıb. "Southwest Airlines" şirkətinə məxsus "Boeing 737-700" sərnişin təyyarəsi Kaliforniya ştatının, Los-Anceles dairəsinin Boba-Hopa hava limanında uçuş-enmə zolağından kənara çıxıb.

Məlumata görə, 278-ci reys Oklenddən Byorbanka uçurmuş.

Hadisə zamanı təyyarədə olan 112 sərnişin və 5 heyət üzvündən heç biri xəsarət almayıb.

ABŞ-ın Mülki Aviasiyasının Federal İdarəsindən bildirilib ki, hadisəyə güclü yağış səbəb olub.