"Arsenalın futbolçuları partiyə qatılıb. Əyləncə məkanında olanlar sırasında Məsut Özil də olub.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, M.Özil də daxil olmaqla əyləncədə iştirak edən bütün futbolçular "Hippy Crack adlı narkotik vasitədən istifadə edib. 70 qadının yer aldığı parti mövsüm başlamamışdan əvvəl baş tutub. Həmin məkandan görüntülər isə yeni yayılıb.
Məlumatda bildirilir ki, narkotik istifadə edənlər sırasında Məsut Özillə yanaşı Perre-Emerik Aubameyanq, Aleksandr Lyakazet, Matteo Guendouzi və Mxitaryan kimi futbolçular olub.
Onların narkotik vasitədən istifadə etməsi kameralarda əks olunub. Məsut Özilin narkotikin təsirində olduğu da diqqət çəkib. Özil narkotik vasitəni istifadə etdikdən sonra erməni əsilli futbolçuya ötürür. O də "Hippy Crack adlı narkotik vasitənin təsirinə düşür.
İddiaya görə, həmin paatinin təşkili üçün 30 min sterlinq (41 min dolar) pul xərclənib.